Azerrail VC

İdarə heyəti

Haqqımızda

ÇİNARƏ  AĞAYEVA - DİREKTOR

24 dekabr  1990-cı ildə Şuşa şəhərində anadan olan Çinarə Ağayeva  Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini İngilis dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 2013-cü ildən Azərreyl Voleybol Klubunda çalışır.

NAHİD HƏSƏNOV - KADRLAR ŞÖBƏSİNİN RƏHBƏRİ

4 noyabr 1975-ci ildə Ağdərə rayonunda anadan olub. Bakalavr  təhsilini 1993-1997-ci illərdə  Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi-müəllim ixtisası üzrə alan Nahid Həsənov, magistratura  təhsilinidə həmin  Akademiyada almışdır. 2001-ci ildən Azərreyl Volebol  Klubunun  Kadrlar Şöbəsinin Rəhbəri  vəzifəsində çalışır.

SƏBİNƏ QURBANOVA - BAŞ  MÜHASİB

15 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olan  Səbinə  Qurbanova 2004-2008-ci illərdə  Azərbaycan Beynəlxalq Universiteti bitirmişdir. 2008-2011-ci illərdə “Azərinşaat” MMC-də ümumi şöbədə, 2011-2015-ci illərdə isə  “Yol Xətt” MMC-də  mühasib vəzifələrində  çalışmışdır.  2015-ci ildən  Azərreyl  Voleybol  Klubunda Baş Mühasib vəzifəsində çalışır.

TƏRANƏ CƏFƏROVA - MƏTBUAT  KATİBİ

3 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində “Jurnalistika” ixtisası üzrə təhsil alan Təranə  Cəfərova  2017-ci ildən Azərreyl  Voleybol  Klubunda Mətbuat Katibi vəzifəsində çalışır.