Azerrail VC

Rəhbərlik

Haqqımızda

FƏRİD XƏLİLOV - AZƏRREYL VOLEYBOL KLUBUNUN PREZİDENTİ

24 may 1983-cü ildə Bakı şəhərində anadan olan Fərid Xəlilov, 2000-2004 –cü illərdə bakalavr, 2005-2007-ci illərdə isə magistratura üzrə  təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.

2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarında Maliyyə Departamentinin rəhbəri vəzifəsində çalışmışdır.

Daha sonra isə Formula 1 qran-prisində Kommersiya Departamentinin, Unibankda Maliyyə Planlaşdırma Departamentinin və PDM Group Holdinqdə İnkişaf üzrə rəhbər vəzifələrində çalışmışdır.

2019-cu il may ayından Azərreyl Voleybol Klubunun Prezidenti vəzifəsini icra etməkdədir.