Azerrail VC

Xəbərlər

Haqqımızda

Gənc oyunçular ilk oyunda büdrədi

2019-2020 mövsümündə Azerreyl Voleybol Klubunun tarixində ilk dəfə olaraq  kişi komandası yaradılmışdır.

İlk çıxışını Azərbaycan Yüksək Liqasında  MOİK komandasına qarşı keçirən Azerreyl,  rəqibinə 0-3 hesabı ilə məğlub olub. I tur çərçivəsində baş tutan matç Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində təşkil olunub.

Adətən gənclərdən təşkil olunan Xanlar Ələkbərovun yetirmələri setlərdə ( 18-25, 16-25, 20-25 )  az fərqlə geridə olmaqla yarışı başa vurublar.

Qeyd edək ki, I turun açılış matçında “Neftçi” “Murov”u 3-0 hesabı ilə məğlub edib.