Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl mövsümə qalib başladı

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarının 2019/2020 yeni mövsümü başlayıb.
 

Qadınlar arasında Super Liqanın açılış matçında “Azerreyl” “Abşeron” komadası ilə üz-üzə gəlib. Böyük izdihamla izlənən görüş Famil Ağayevin yetirmələrinin 3-1 (25-16, 25-22, 23-25, 25-22 ) hesablı qələbəsi ilə başa çatıb.


Daha sonra yarışın rəsmi açılış mərasimi təşkil olunub.


Ardınca kişilərin yarışdığı Yüksək Liqada “Murov” – “Neftçi” oyunu baş tutub. Görüş neftçilər üçün asan alınıb. “Netfçi” rəqibini 3-0 (25-16, 25-17, 25-21) hesabı ilə məğlub edib.
Qeyd edək ki, Super Liqada 6 (Azərreyl, Murov, Abşeron, UNEC, Mübariz, Gürcüstan),Yüksək Liqada 8 komanda ( Azərreyl, Murov, Xilasedici, Sərhədçi, Express, Neftçi, MOİK, Gürcüstan )  mübarizə aparır.

İlk turun ən məhsuldar oyunçusu Azerreylin sloveniyalı hücumçusu 34 xalla Mojca Pene olmuşdur.

Statistika:

Mojca Pene – 34 xal

Seck Mbayang – 17 xal

Nelli Salbişvili – 12 xal

Kseniya Pavlenko – 11 xal

Anastasiya Mertsalova – 6 xal

Valeriya Kondratyeva – 1 xal

Foto qalereya