Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl Super Liqa yarışlarına start verir

Dekabr ayının 14-də 2019-2020-ci il mövsümü üçün qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan Çempionatının “Yüksək” və “Super” liqa yarışlarına start veriləcək. Dərnəgüldə yerləşən Azerreyl Voleybol Mərkəzində həm ölkə çempionatının açılış mərasimi, həm də “Yüksək” və “Super” liqa yarışlarının ilk dövrəsinin oyunları keçiriləcək.

2019-2020-ci il mövsümünün ilk matçı 14:00-da “Azərreyl” və “Abşeron”  komandaları arasında baş tutacaq. İlk oyundan sonra “Yüksək” və “Super” liqa yarışlarının açılış mərasimi keçiriləcək. 16:00-da  isə “Murov” və “Neftçi” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan Çempionatı “Super” liqa yarışlarında 6 komanda iştirak edəcək (Azərreyl, Murov, Abşeron, Mübariz, UNEC, Gürcüstan). “Yüksək” yarışlarında isə 7 komanda çempionluq uğrunda mübarizə aparacaq (Neftçi, Murov, Azərreyl, MOİK, Xilasedici, Sərhədçi, Gürcüstan). Qadınlar və kişilər arasında keçirilən ölkə çempionatı 2 dövrədən və play off mərhələsindən ibarət olacaq.