Azerrail VC

Xəbərlər

Haqqımızda

Moytsa Pene: "Bakıda möhtəşəm bir il oldu"

Dünyada eləcə də ölkəmizdə cərəyan edən koronavirus pandemiyası ilə əlaqədar olaraq növbəti mövsümdə Çağırış Kubokundan iştirakı nəzərdə tutulan komandamız, təəssüf ki, yarışlara qatılmaqdan imtina etdi. Bu addım oyunçuların sağlamlığının qorunması  üçün Azərbaycan Voleybol Federasiyası və Azərreyl Voleybol Klubunun birgə qərarı idi.

 

Bununla əlaqədar olaraq ilin əvvəlində xarici oyunçularla imzaladığımız muqavilələrə xitam vermək üçün danışıqlıqlar aparılır.

 

İlk olaraq ötən mövsümdə komandamızın kapitanı olmuş sloveniyalı oyunçu Moytsa Pene ilə qarşılıqlı müqaviləyə xitam verildi.

 

Moytsa Pene: “Koronavirus pandemiyası ilə əlaqədar olaraq Bakıdakı “Azərreyl” klubundan aldığım son bildirişdə qeyd olunur ki, ölkədəki məhdudiyyətlərlə bağlı müqaviləmə xitam verilməlidir və mən çox gözlədiyim növbəti mövsüm üçün öz komandama qayıda bilmərəm. Eh, koronavirus...”.

 

“İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə yaxşı hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin”.

 

“Bakıda möhtəşəm bir il oldu. Mən məmnuniyyətlə qayıdacaqdım. Amma görün nə oldu... Vəziyyətə biz nəzarət edə bilmərik. Mən ötən mövsüm, əla və unudulmaz mövsüm keçirmək imkanı üçün kluba, aylarla qayğımı çəkən personala təşəkkür etmək istəyirəm. Düşünürəm ki, biz əla il keçirdik və bir oyun da uduzmadıq. Mənim düşüncəmdə biz çempion olduq, amma koronavirus bizi saxladı. Hər şey üçün təşəkkürlər, Bakı!!! İndi məni yeni sınaqlar gözləyir”.