Azerrail VC

Xəbərlər

Haqqımızda

Azerreyl Quba turunu qalibiyyətlə başa vurdu

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qubadakı İdman-Sağlamlıq Mərkəzində qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunları keçirilib. 

Günün ilk matçında “Abşeron” UNEC-i sınağa çəkib. 

Görüş Eldar Yusubovun komandasının aşkar qələbəsi ilə yekunlaşıb. Rəqibinə heç bir şans verməyən “Abşeron” 3 xalı 3 setlə qazanıb. 

Ardınca meydana “Azerreyl” və “Murov” klubları çıxıblar. Mərkəzi görüşün gərgin keçəcəyi gözlənilsə də, “dəmiryolçular” sensasiyaya imkan verməyiblər. Düzdür, “Azərreyl” ilk setdə hesabda geri düşüb. Lakin sonradan toparlanan komanda “quru hesabla” qalib gəlib. 

Bu qələbə “Azərreyl”in turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. 4 matçda 12 xal toplayan komandamız  yenə birincidir. Onlardan bir oyun çox keçirən “Abşeron” eyni xala malik olsa da, set fərqində geri qalır. “Murov”un uduzması ilk “üçlüy”ə də təsir edib. Set fərqində daha üstün olan “Mübariz” üçüncü pilləni ələ alıb. 

Azərbaycan çempionatı
Qadınlar, Super Liqa
16 fevral    
16:00.
“Abşeron” - UNEC – 3-0 (25-12, 25-15, 25-10)
18:00. “Azerreyl” – “Murov” – 3-0 (25-20, 25-13, 25-20)

N

Komanda

O

Q

M

S

T

X

1.

Azərreyl

4

4

0

12-1

323-213

12

2.

Abşeron

5

4

1

13-5

423-357

12

3.

Mübariz

3

1

2

4-7

207-261

3

4.

Murov

4

1

3

5-9

301-315

3

5.

Gürcüstan

0

0

0

0-0

0-0

0

6.

UNEC

4

0

4

0-12

192-300

0